Описание вакансии
Location: Baku, Azerbaijan
Workplace: none
PAŞA Sığorta ASC
namizədləri
Aparıcı UX/UI Dizayner (Mikro Sığorta)
vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Mikro Sığorta komandasının veb-əsaslı CRM platforması və müştəriyönümlü mobil tətbiqi də daxil olmaqla rəqəmsal məhsullarının dizayn strategiyasına rəhbərlik etmək üçün Aparıcı UX/UI Dizayner axtarışındayıq. Bu strateji rol daxili komandalarımızın müştəri və sığorta məlumatlarını səmərəli şəkildə idarə etməsinə imkan verən, eyni zamanda müştərilərin mobil tətbiq vasitəsilə öz mikro sığorta məhsullarını asanlıqla anlamasını və idarə etməsini təmin edən qüsursuz təcrübələrin yaradılmasını nəzərdə tutur. Uğurlu namizəd istifadəçi araşdırmaları və prototiplərin hazırlanmasından tutmuş test və performansın ölçülməsinə qədər bütün dizayn prosesinə cavabdeh olacaq, hər iki məhsulun müstəsna istifadə rahatlığı və biznes dəyəri təqdim etməsini təmin edəcəkdir.
Öhdəliklər
Komandalara qeydləri tapmaqda, müştəri və sığorta detallarını nəzərdən keçirməkdə və xidmət sorğularını səmərəli şəkildə tamamlamaqda kömək edən veb CRM iş proseslərini dizayn etmək;
Müştərilərin mikro sığorta məhsullarını araşdırmasını, sığorta şərtlərini anlamasını və kiçik ekranda sığorta detallarına daxil olmasını asanlaşdıran mobil tətbiq proseslərini dizayn etmək;
Hər iki təcrübəni əlaqələndirmək, müştərinin tətbiqdəki fəaliyyətinin CRM-də necə göründüyünü və yeniləmələrin müştəriyə necə geri bildirildiyini müəyyən etmək üçün məhsul, biznes, əməliyyat və mühəndislik komandaları ilə işləmək;
CRM istifadəçiləri və mobil müştərilərlə müsahibələr, iş proseslərinin müşahidəsi və “usability” testləri vasitəsilə dizaynları araşdırmaq və təsdiqləmək;
“PAŞA Sığorta”nın Dizayn Sistemindən istifadə edərək “wireframe”-lər, interaktiv prototiplər və detallı UI dizaynları yaratmaq, qarşılıqlı təsir qaydalarını, interfeys vəziyyətlərini və əlçatanlıq tələblərini sənədləşdirmək;
“Amplitude”, “Google Analytics” və “Hotjar” kimi alətlərdən istifadə edərək “usability”-ni ölçmək və təkmilləşdirmək; CRM-də tapşırığın tamamlanma vaxtı, mobil tətbiqdə prosesdən imtina və istifadəçi məmnuniyyəti kimi hər məhsula aid olan ölçüləri izləmək;
Dizayn Sisteminə təkrar istifadə edilə bilən veb və mobil nümunələr (pattern) əlavə etmək, onların sənədləşməsini aparmaq və “Məhsul Dizaynı Mükəmməllik Mərkəzi” daxilində kiçik dizaynerlərə mentorluq etmək.
Bilik və Bacarıqlar
“Figma” və “Adobe XD” kimi dizayn və prototipləmə alətləri ilə işləmə bacarığı;
İnformasiya arxitekturası, qarşılıqlı təsir dizaynı, məlumatların vizuallaşdırılması və vizual dizayn sahəsində dərin biliklər;
Mürəkkəb, iş prosesləri (“workflow”) çox olan veb platformaların (məs., CRM, korporativ tətbiqlər) və müştəriyönümlü mobil tətbiqlərin dizayn edilməsi bacarığı;
Dizayn sistemləri, əlçatanlıq standartları, responsiv veb dizayn və mobil qarşılıqlı təsir nümunələri (“pattern”) haqqında dərin biliklər və onları tətbiq etmə bacarığı;
Dizayn qərarlarını formalaşdırmaq üçün istifadəçi araşdırmaları və “usability” testləri keçirmək, həmçinin məhsul analitikasını (“Amplitude”, “Google Analytics”, “Hotjar” kimi) interpretasiya etmək bacarığı;
Dizayn qərarlarını biznes və texniki tərəfdaşlara aydın şəkildə izah etmək və əsaslandırmaq, mükəmməl ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
Təşəbbüskar, innovativ yanaşma, stresə davamlılıq, müştəriyönümlü düşüncə tərzi və komandada işləmək bacarığı;
Dil bilikləri: Azərbaycan, İngilis.
Təhsil və Təcrübə
UX/UI dizayn sahəsində minimum 4 il peşəkar iş təcrübəsi;
Həm veb, həm də mobil tətbiqlər üçün başdan-sona dizayn prosesini, istifadəçilərə və biznes nəticələrinə təsirini nümayiş etdirən güclü portfolio;
B2C layihələrində iş təcrübəsinin olması arzuolunandır.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC
invites candidates to apply for the position of
Senior UX/UI Designer (Micro Insurance)
and become a member of our professional team.
We are seeking a Senior UX/UI Designer to spearhead the design strategy for our Micro Insurance squad's digital products, including a web-based CRM platform and a customer-facing mobile application. This strategic role involves creating seamless experiences that empower our internal teams to efficiently manage customer and policy information, while also enabling customers to easily understand and manage their microinsurance policies through the mobile app. The successful candidate will own the end-to-end design process, from user research and prototyping to testing and performance measurement, ensuring that both products deliver exceptional usability and business value.
Responsibilities
Design web CRM workflows that help teams find records, review customer and policy details, and complete service requests efficiently;
Design mobile app journeys that make it easy for customers to explore microinsurance products, understand policy terms, and access their coverage details on a small screen;
Work with product, business, operations, and engineering teams to connect the web and mobile experiences, mapping how customer actions are synchronized between platforms;
Research and validate designs through interviews with CRM users and mobile customers, workflow observation, and usability testing;
Create wireframes, interactive prototypes, and detailed UI designs using PASHA Insurance’s Design System, and document interaction rules, interface states, and accessibility requirements;
Measure and improve usability using tools such as Amplitude, Google Analytics, and Hotjar, tracking key metrics like task completion time, drop-off rates, and user satisfaction;
Contribute reusable web and mobile patterns to the Design System, maintain their documentation, and mentor junior designers within the Product Design Center of Excellence.
Knowledge and Skills
Proficiency in design and prototyping tools such as Figma and Adobe XD;
Expertise in information architecture, interaction design, data visualization, and visual design for both web and mobile platforms;
Skill in designing complex, workflow-heavy web platforms (e.g., CRM, enterprise applications) and customer-facing mobile applications;
Strong understanding and application of design systems, accessibility standards, responsive web design, and mobile interaction patterns;
Ability to conduct user research, usability studies, and interpret product analytics (e.g., Amplitude, Google Analytics, Hotjar) to inform design decisions;
Excellent communication and collaboration skills, with the ability to articulate and defend design decisions to business and technical stakeholders;
A proactive, innovative, stress-resistant, and collaborative mindset with a strong focus on customer-centricity;
Language skills: Azerbaijani, English.
Education and Experience
Minimum of 4 years of professional UX/UI design experience;
A strong portfolio demonstrating end-to-end design work for both web and mobile applications, showcasing the impact on users and business outcomes;
Experience in a B2C project environment is highly desirable.
What We Offer
Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change.
A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team environment.
Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience.
A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.
*Only candidates who meet the initial selection criteria will be contacted.
Контакты работодателя доступны по кнопке «Откликнуться» после входа.